Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu

Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu backend

Koronavirusun ağır formasını keçirdikdən sonra bərpa olunmağa xüsusi masaj kömək edəcək.

Bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiyanın əməkdar həkimi, vertebronevroloq, manual terapevt, refleksoterapevt Andrey Kabıçkin bildirib.

Onun sözlərinə görə, ağciyərləri bərpa etmək üçün qandakı oksigen faizini artırmaq lazımdır. Masaj orqanizmin limfodrenaj funksiyasını və bronxların villus epitelinin işini stimullaşdıra bilər, bu da COVID-19-dan sağalanlar üçün son dərəcə vacibdir.

“Belə pasiyentləri reabilitasiya etmək üçün hazırlanmış xüsusi masaj növləri var, lakin əsrlər boyu, minilliklər boyu xroniki obstruktiv ağciyər xəstəlikləri olan xəstələri masaj edirlər. Bu, yaxşı nəticələr verir. İlk növbədə qandakı oksigen nisbəti artır, masajdan sonra qan daha sürətlə dövr etməyə başlayır və qanın ağ ciyərlərdə zənginləşdiyi oksigeni bədənin hər tərəfinə daşıyır”, - həkim izah edib.

O, masajın ağciyərin zədələnmə dərəcəsindən asılı olaraq fərdi qaydada seçilməli və digər terapiya növləri ilə paralel aparılmalı olduğunu vurğulayıb. Bu tədbirlər kompleks halında daha effektiv olur.

Report.az
Diaspora