Koronavirusun yüngül formasında xəstəxanaya getməyin – Myasnikov

Koronavirusun yüngül formasında xəstəxanaya getməyin – Myasnikov backend

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, koronavirusdan şübhələnən və hətta bu diaqnozu olan insan heç də dərhal xəstəxanaya getməməli və xəstəxana şəraitində müalicə almamalıdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, koronavirusun yüngül forması ev şəraitində müalicə olunmalıdır.

Myasnikov xəbərdarlıq edib ki, xəstəxanada infeksiyaların konsentrasiyası çox olur. Nəticədə xəstəxanaya koronavirusun yüngül forması ilə daxil olan insan burada superinfeksiyaya yoluxa bilər ki, belə infeksiyanı müalicə etmək qat-qat daha çətindir.

Myasnikov bildirib ki, yalnız artan təngənəfəslik və öskürək kimi simptomlar meydana çıxdıqda, xəstəxanaya müraciət etmək lazımdır.

“Əgər siz binanın 2-ci mərtəbəsinə qalxa bilmirsinizsə, təngənəfəs olmadan danışa bilmirsinizsə, onda xəstəxanaya yollanın”, - həkim əlavə edib.
Diaspora