Bu qidalar damarları təmizləyir - SİYAHI

Bu qidalar damarları təmizləyir - SİYAHI backend

Nizamsız qidalanma nəticəsində tıxanan damarlar ölüm riskini artırır. QAZİLER.AZ Aile.lent.az-a istinadla damarları təmizləyən qidaları təqdim edir. Yaşıl çay. Yaşıl çay damarlara ziyan edən oksidativ stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidanlar xolesterolu aşağı salır və ürəyi qoruyur.

Darçın. Antioksidan qaynağı olan darçın qandakı şəkəri aşağı salır və damarlar üçün də çox faydalıdır. Gündə 1 çay qaşığı darçın qandakı yağ nisbətini yüzdə 26 azaldır.



Badam. E vitamin, həll edilən lif və doymamış yağlar qaynağı olan badam tərkibindəki antioksidanlar sayəsində damarlardakı fəsadı əngəlləyir.



Sarıkök damar təmizliyində ən təsirli ədviyyatlardan biridir. Həmçinin damar sərtliyini və yağ toplanmasını əngəlləyir.



Quşqonmaz damarlardakı təzyiqi azaldır və bunun sayəsində qan axınını sürətləndirir. Damar tıxanıqlığı, iltihablanmaya da müsbət təsir edir.



Yulaf xolesterolu aşağı salır, damarları təmizləyir.



Ürək xəstəlikləri riskini azaldan zeytun yağı antioksidanlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.



Brokoli. K vitamini və liflə zəngin olan bu qida xolesterolu və təzyiqi aşağı salır. K vitamini damarlardakı kalsium səviyyəsini nizamlayır.



Nar. Tərkibindəki antioksidanlar sayəsində qan axınını artırır və damarların tıxanmasını əngəlləyir.


Diaspora