Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, məktəblərin bağlanması koronavirusa qarşı mübarizəyə çox az təsir edir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge tvitterdə yazıb.“Ən çox çətin şəraitdə yaşayan uşaqlar əziyyət çəkir”, - o bildirib.
Daha əvvəl H.Klüge pandemiya zamanı məktəblərin bağlanmasını 190-dan çox ölkədə 1,6 milyard şagirdin təhsilində tarixin ən böyük pozuntusu adlandırmışdı. O, məktəblərin açıq qalmasına dair çağırışlar edirdi.
Qeyd edək ki, dünyada 43,5 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 1,1 milyondan çox pasiyent infeksiyaya yoluxduqdan sonra ölüb. 29,2 milyondan çox insan sağalıb.