Koronavirusun yeni təhlükəli əlaməti aşkarlandı

Koronavirusun yeni təhlükəli əlaməti aşkarlandı backend

London Universiteti Kolleci və Kral Milli Komitəsinin alimləri koronavirusun yeni simptomunu aşkarlayıblar.

Bu barədə "Report" "Express" nəşrinə istinadən xəbər verir. Alimlərin məlumatına görə, COVID-19-a yoluxma pasiyentlərin eşitmə qabiliyyətində dəyişikliklər yarada bilər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı pasiyentlərin bir hissəsi tinnitusdan - qulaqlarda zəng səsindən və ya səs-küydən şikayət edirlər.

Həmçinin COVID-19-u ağır formada keçirmiş xəstələrdə bu simptom eşitmə qabiliyyətinin tamamilə itkisi ilə müşahidə edilib.

Tədqiqatçıların sözlərinə görə, hazırkı vaxtda koronavirusa və onunla bağlı simptomlara həsr edilmiş xeyli araşdırma işlərinin olmasına baxmayaraq, bu virusun insanın eşitmə qabiliyyətini pozması haqda hələlik çox az məlumatlar var. Bununla əlaqədar olaraq həkimləri infeksiyanın belə təzahürlərinə daha çox diqqət etməyə çağırıblar.
Diaspora