Kişilərin niyə koronavirusdan daha çox öldüyü üzə çıxdı

Kişilərin niyə koronavirusdan daha çox öldüyü üzə çıxdı backend

Norveçdəki Bergen Universitetinin alimləri fransız həmkarları ilə birlikdə koronovirusu kimlərin ağır keçirdiyini araşdırıb.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Mütəxəssislər COVID-19-a yoluxmuş ağır xəstə olan gənclərin infeksiya ilə mübarizə aparmaq üçün orqanizmin ifraz etdiyi zülal interferonları bloklayan antikorlara sahib olduqlarını aşkar edib. Bənzər nadir görülən autoimmün xəstəlik APS1 olan insanlarda rastlanır. Koronavirusu olan kişilərdə interferonlara qarşı daha çox antikor olur ki, bu da qadınların niyə ölmə ehtimalının az olduğunu və koronavirus infeksiyasının şiddətli simptomlarından daha az əziyyət çəkdiyini izah edir.

Bununla birlikdə tədqiqatçılar immun sistemindəki bu pozğunluq COVID-19-un ölüm səbəblərindən yalnız biridir və gənclər üçün tipik olduğunu vurğulayırlar. Koronavirusa yoluxan yaşlı insanlar bədəndəki daha mürəkkəb nasazlıqlardan ölürlər.

COVID-19-dan ölənlərin əksəriyyətinin 60 yaşdan yuxarı olmasına baxmayaraq, gənclərin və uşaqların 5-10 faizi SARS-CoV-2-dən həyati təhlükələri ilə üzləşə bilər.
Diaspora