Koronavirusun yeni simptomları müəyyən edildi

Koronavirusun yeni simptomları müəyyən edildi backend

Koronavirus infeksiyasının yeni simptomları müəyyən edilib.

Bu barədə bir qrup britaniyalı alimin hesabatında deyilir.

Qeyd olunur ki, əzələ ağrıları, yüksək dərəcədə yorğunluq və ayaqlarda suluqlar koronavirusa yoluxmanın göstəricisi ola bilər.

Bu simptomlar yoluxanların yaşı və orqanizminin xüsusiyyətlərinə uyğun olaraq özünü müxtəlif cür göstərə bilər.

Qeyd edək ki, indiyədək dünyada 37 milyondan çox şəxs koronavirusa yoluxub. Onlardan 1 milyondan çoxu ölüb, 28 milyona yaxını sağalıb.
Diaspora