Xərçəngin universal simptomları

Xərçəngin universal simptomları backend

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəngin “universal” simptomlarını sadalayıb.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirib ki, həkimin sözlərinə görə, səbəbsiz keçməyən güclü yorğunluq xərçəngin erkən simptomlarından biri ola bilər.

Həmçinin həkim bildirib ki, insan pəhriz saxlamadan və qidalanmada heç bir dəyişiklik etmədən arıqlayırsa, bu da orqanizmdə onkoloji xəstəliyin inkişafına işarə edə bilər.

Onkoloqun sözlərinə görə, soyuqdəymə ilə bağlı olmayan qızdırma, uzunsürən, keçməyən öskürək, qanaxma (sidik yollarından, uşaqlıqdan, nəfəs yollarından və s.) kimi simptomlar da xərçəngin inkişafına işarə edə bilən simptomlardır.
Diaspora