COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb backend

Koronavirus infeksiyası baş beyin üçün dağıdıcı təsirlərə səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Nature” jurnalı Liverpool Universiteti, London Universitet Kolleci, Yel Universiteti və İkon Tibb Məktəbinin mütəxəssislərinin birgə elmi işlərinə istinadən məlumat verib.

Mütəxəssislərin bildirdiyinə görə, nevroloji və psixiatrik ağırlaşmaları olan COVID-19 xəstələrinin 62%-də baş beynin qanla təchizatı sistemi zədələnib. Eyni zamanda 31% xəstədə qarışıqlıq və uzunmüddətli huşsuzluq vəziyyəti olduğu təsbit edilib.

London Universitet Kollecindən bildiriblər ki, infeksiyanın ən çox yayılmış nevroloji nəticələri insult və ensefalit – baş beyin toxumalarının iltihabıdır. Belə simptomlar əhalinin müxtəlif qruplarında, o cümlədən gənclərdə görünə bilər.

Alimlərin fikrincə, koronaviruslu ağır xəstələrin 50%-dən çoxunda nevroloji fəsadlar baş verə bilər.
Diaspora