Koronavirusun müalicəsində istifadə edilən dərmanlar bu orqanı sıradan çıxarır

Koronavirusun müalicəsində istifadə edilən dərmanlar bu orqanı sıradan çıxarır backend

Koronavirusun müalicəsində istifadə edilən ağrıkəsicilərin intensiv istifadəsinin böyrəklərə təsiri üzə çıxıb.

BAKU.WS xəbər verir ki, bu fakt araşdırma ilə sübut olunsa da, mütəxəssislər ağrıkəsicilər barədə xəbərdarlıq edib. Türkiyə Böyrək Vəqfi Əhməd Dializ Mərkəzinin baş həkimi, nefroloq Bilal Görçin bildirib ki, saç köklərindən ayaq dırnaqlarına qədər şiddətli ağrılar hiss edən xəstələrə parasetamol və güclü revmatizm ağrıkəsiciləri verilir:

"Yatan xəstələrdə isə bu dərmanlar damardan verilə bilər. Hətta morfin kimi ağır dərmanlar istifadə edilə bilər. Xüsusilə revmatizm ağrıkəsiciləri böyrəklərdə ciddi fəsadlara yol açır.

COVID-19-un özü və müalicədə istifadə olunan antibiotiklər, antiviral və yüksək dozalı vitaminlər, ağrıkəsicilər böyrək zədələnməsinə səbəb olur.

Böyrəklərə vurulan bu zərər müvəqqəti xarakter daşıyır. Koronavirusun birbaşa böyrəyi zədələdiyi və ya qalıcı ziyan vuraraq dializ tələb etdiyi hələ bildirilməsə də, reanimasiyada izlənilən xəstələrin 80 faizi müxtəlif dərəcədə kəskin böyrək zədələnməsindən əziyyət çəkir".

Türkiyə Böyrək Vəqfinin rəhbəri Timur Erksə qeyd edib ki, koronavirusun müalicəsində ağrıkəsici dərmanların rolu böyükdür:

"Əlbəttə ki, müalicə və istifadə edilən dərmanlardan mümkün deyil, lakin ailə və cəmiyyətin sağlamlığını qorumaq naminə koronavirusla əlaqədar bütün tədbirləri yerinə yetirmək lazımdır.

Görüləsi ən vacib tədbir səhiyyə mütəxəssislərinin çağırışlarına riayət etməkdir".
Diaspora