Adi təbii vasitələr, qidalar bizi bir çox təhlükəli xəstəliklərdən və o cümlədən xərçəngdən qoruya bilir.
Belə ki, tanıınmış rusiyalı həkim-proktoloq, kolorektal cərrah Aleksandr Malışev öz Instagram akkauntunda bağırsaq xərçəngindən qoruyan çox sadə və dadlı vasitəni açıqlayıb. Bu sobada darçınla bişirilmiş almadır.Saglamolun.az bildirir ki, həkimin sözlərinə görə, bu desert polifenollarla zəngindir. Polifenollar yoğun bağırsağa çataraq burada faydalı bakteriyaları üçün yaxşı qidalı mühit yaradır, onların artmasına yardım edir. Faydalı bakteriyalar polifenolları bağırsağı xərçəngindən qoruyan xüsusi maddələrə çevirir.
Həmçinin həkim bildirib ki, sobada bişirilmiş alma orqanizm tərəfindən daha asan və yaxşı mənimsənilir və onun tərkibində olan polifenollar təzə alma ilə müqayisədə daha çoxdur.
Bu dadlı və faydalı deserti hazırlamaq üçün almanın yuxarı hissəsini kəsin, ortasını oyun, şəkər tozu ilə qarışdırılmış darçını (zövqə görə) səpin, sobada 10-15 dəqiqə bişirilir.