İsveçin Karolinsk Universitetinin alimləri SARS-CoV-2 koronavirusunun insan hüceyrələrinə girməsini əngəlləyə biləcək kiçik neytrallaşdırıcı anticisim (nanocisim) aşkarlayıblar. Mütəxəssislər ondan virusa yoluxmaya qarşı qoruyucu vasitə kimi, həmçinin COVID-19-un ağırlaşmasının qarşısını almaq üçün istifadə edilə biləcəyinə inanırlar.
Bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə bildirilir.Ty1 adı verilən nanocismin adi anticisimlərə nisbətən bir sıra üstünlükləri var. O, anticisimlərin 1/10-i ölçüsündədir, beləliklə də onları böyük miqyasda daha ucuz qiymətə istehsal etmək olar.
Alimlər hazırda Ty1-in neytrallaşdırıcı fəaliyyətini və terapevtik potensialını öyrənmək üçün heyvanlar üzərində tədqiqatlara başlayıblar.