Dünyanın müxtəlif ölkələrində aparılmış araşdırmalar göstərib ki, siqaret çəkən insanlarda aritmiyanın inkişafı və insultun riski siqaret çəkməyənlərlə müqayisədə xeyli yüksəkdir.
Siqaret çəkmək insultun əsas risk faktorlarından biri sayılır.Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, koreyalı alimlər yeni araşdırma zamanı siqaretdən imtina edən insanlarda insultun riskini araşdırıblar.
Mütəxəssislər 3 il ərzində yarım milyon insanın sağlamlıq vəziyyətinə nəzarət edirdilər. Məlum olub ki, siqaretdən imtina edəndən sonra insultun riski 30% azalır.
Həmçinin alimlər vurğulayıb ki, heç vaxt siqaret çəkməyən insanlarda insultun riski bu vərdişdən imtina edənlərlə müqayisədə daha aşağıdır.