Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxmanı istisna etmir, lakin tələsik nəticələrə gəlməməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə Honkonqdakı təkrar yoluxmanı şərh edən ÜST-ün mütəxəssisi Mariya Kerkhove danışıb.“Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük. Ancaq araşdırmalar davam edir”.