Koronavirusun zəif nöqtəsi aşkar edilib

Koronavirusun zəif nöqtəsi aşkar edilib backend

ABŞ-ın Kanzas Universitetinin alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 koronavirusunun inkişafında əsas ferment 3CLpro proteazasıdır.

Laboratoriya şəraitində keçirilən sınaqlar zamanı MERS koronavirusuna yoluxmuş siçanlar üzərində proteaz inhibitorları istifadə olunub. Nəticədə yoluxmuş bölgəyə hədəflənmiş terapevtik vasitə virusun replikasiyasının qarşısını alıb.

Alimlərin fikrincə, bu vasitələrdən əldə olunacaq preparatlar koronavirusların orqanizmdə çoxalmasının qarşısını ala bilər. Eksperimentdə təsvir olunan preparatlar “Cocrystal Pharma” şirkəti tərəfindən patentləşdirilib. Bu preparatların insanlar üzərində səmərəliliyi də yoxlamadan keçiriləcək.
Diaspora