Diyetoloq Andrey Bobrovski Qafqaz uzunömürlülüyünün əsasının xüsusi şiş kabab olduğunu düşünür.
Qaynarinfo xəbər verir ki, bu haqda fikrini diyetoloq "Sputnik” radiosu ilə bölüşüb.Qafqazlılar ənənəvi şiş kababını bişirmək üçün qoyun ətini incə doğrayır, şişlərə keçirir və odun kömürü ilə manqalda bişirir. Bobrovski qeyd edib ki, yeməyin tərkibində doymamış yağların düzgün birləşməsi var.
Diyetoloqun fikrincə, son tədqiqatlar göstərir ki, Qafqaz uzunömürlülüyünün sirri yalnız təmiz su və keyfiyyətli meyvə deyil, əsas tərkib hissəsi olan ətdir. Bu, yalnız protein, mikroelementlər deyil, həm də yağdır, - deyə ekspert bildirib. O qeyd edib ki, alimlər balıq və ətdə olan doymamış yağların sağlamlıq üçün vacib olduğunu aşkar ediblər.
Qafqaz şiş kababı, Bobrovskiyə görə, mərkəzi Rusiyanın sakinlərinin yediklərindən fərqlidir. Andrey Bobrovski əmin edir ki, bir insanın bu yeməkdən ala biləcəyi fayda və ya zərəri ət seçimi müəyyənləşdirir.