Koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək məlumat qeydə alınmayıb.
Trend xəbər verir ki, ÜST-ün araşdırmalarına görə, koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək nə məlumat, nə də dəlil var.Koronavirus, əsasən, yoluxmuş şəxsin öskürək və asqırağı və ya tüpürcək ya da burun axıntısı nəticəsində əmələ gələn damcılar ilə yayılan virusdur. Özünüzü qorumağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi sabun və su ilə yumaq, yaxud 70 %-li spirt tərkibli məhlullarla təmizləməkdir.
Bundan başqa, digər insanlarla ən azı 2 metr məsafə saxlayın.