Kanzas Universitetinin alimləri laboratoriya təcrübələri aparıblar.
Ens.az bildirir ki, alimlər SARS-CoV-2-yə səbəb olan koronavirusun ağcaqanad vasitəsi ilə insanlara ötürülmədiyini ilk dəfə təsdiqləyiblər. İndiyə qədər ÜST və digər təşkilatlar infeksiyanın bu şəkildə baş verə biləcəyinə dair bir təsdiq olmadığını bildirirdilər. Amerikalı tədqiqatçılar buna sübutları təqdim ediblər.Ağcaqanadlar Zika virusunu, Denge qızdırması, çikunqunya və digər ciddi xəstəlikləri ötürürlər. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun ağcaqanad sancması yolu ilə ötürülməsi barədə təsdiqlənmiş məlumatların olmadığını bildirmişdi. Kanzas Universitetinin amerikalı alimləri virusun bu potensial yolunu birmənalı şəkildə istisna etmək üçün laboratoriya təcrübələri aparmaq qərarına gəliblər.
Bütün qitələrdə aşkar olunan ən çox yayılmış üç ağcaqanad ilə aparılan təcrübələr SARS-CoV-2-nin ağcaqanadda yoluxa bilmədiyini göstərib.