Koronavirus infeksiyasını virus əleyhinə preparatlar, antibiotiklər, QİÇS əleyhinə preparatlar, vitaminlər və sinklə müalicə etmək düzgün deyil.
Saglamolun.az medikforum-a istinadla bildirir ki, bu haqda tanınmış israilli həkim anestezioloq, reanimatoloq Boris Bril öz Instagram hesabında paylaşım edib.Həkimin sözlərinə görə, koronavirus infeksiyası pnevmoniya deyil, bu müxtəlif orqan və sistemləri zədələyən sistem xəstəlikdir.
“”Pnevmoniya” diaqnozu səhvdir və düzgün olmayan antibiotikoterapiyaya səbəb olur”, - həkim bildirib.
Həmçinin reanimatoloqun fikrinə görə, QİÇS əleyhinə preparatlar, hidroksixloroxin, tamiflü, plakvenil, azitromisin, vitaminlər və sinklə müalicə metodikaları səhvdir.
“Arbidol, qalavit, inqaverin, interferon damcıları və vafarin dərman preparatları deyil və onlar heç bir xəstəliyi və o cümlədən kovidi müalicə etmir”, - mütəxəssis bildirib.
Xəstəliyin yüngül forması (saturasiya 92-100%, qızdırma 38,5 C-dən yuxarı qalxmır) bol maye və parasetamolun köməyi ilə müalicə olunur. Həmçinin sakitlik və nəfəs gimnastikası lazımdır.
Orta və ağır formaları xəstəxana şəraitində müalicə olunmalıdır. “Əgər analizlərdə leykositoz (leykositlərin artması) yoxdursa, antibiotiklərdən istifadəsinin mənası yoxdur” - həkim qeyd edib.