Bu qan qrupuna daxil insanlar koronavirusa daha tez yoluxur - PROFESSOR

Bu qan qrupuna daxil insanlar koronavirusa daha tez yoluxur - PROFESSOR backend

II qan qrupu kateqoriyasına daxil olan insanların koronavirusa yoluxma riski daha yüksəkdir. I qan qrupuna məxsus insanlarda isə risk daha azdır.

Qazilər.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun və Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin üzvü Ateş Kara tvitterindən açıqlama yayıb.

O bildirib ki, I qan qrupu kateqoriyasına aid insanların müdafiə qüvvəsi digərlərinə nisbətən daha çoxdur.

Professor qeyd edib ki, koronavirusdan qorunmaq üçün əsas şərtlər sosial məsafə, maska və gigiyenadır.

Publika.az
Diaspora