Rusiyalı immunoloq: İnsan orqanizmində koronavirusa qarşı immunitet var

Rusiyalı immunoloq: İnsan orqanizmində koronavirusa qarşı immunitet var backend

Saglamolun.az bildirir ki, rusiyalı immunoloq Vladimir Bolibok kp.ru-ya müsahibədə koronavirusa qarşı immunitetlə bağlı çox maraqlı fikirlər söyləyib:

“İstənilən digər infeksiyalara qarşı olduğu kimi koronavirusa qarşı da immunitetimiz var. Bizim orqanizmdə “qeyri-spesifik immunitet” adında bir sistem var. Bu sistem bizi orqanizmə daxil olan bütün yad agentlərdən qoruyur. Bu mikrob, virus, göbələk və s. ola bilər.

Əgər bu qeyri-spesifik immunitet yüksək səviyyədədirsə, insan hətta tanımadığı infeksiya ilə kontaktdan sonra xəstələnməyəcək. Belə insanlarda koronavirus simptomsuz keçir. Yəni insan yoluxdu, infeksion proses başladı, immun sistemi isə dərhal qoşuldu və bütün lazım olan qoruyucu faktorları (zülallar, anticismlər) təqdim etdi. İnsan yoluxsa da heç bir diskomfort hiss etmir. Bunun səbəbi də güclü immunitetdir.

Bilmək istəyirsinizmi, immunitetiniz güclü və ya zəifdir? Bunun üçün sezonda adətən neçə dəfə soyuqdəymə xəstəliklərinə tutulduğunuzu xatırlayın. Əgər sezonda bir neçə dəfə soyuqdəymə keçirisinizsə, sizdə qızdırma, zökəm, boğaz ağrısı və s. simptomlar olursa, təəssüf ki, sizin qeyri-spesifik immunitetiniz yüksək səviyyədə deyil”.
Diaspora