Tanınmış həkimdən koronavirusla bağlı tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusla bağlı tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için... backend

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur.

Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur".

Publika.az xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.

O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur. Çoxlu qarpız yeyin, doğramac için.

Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.

Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir".

Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.

Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar".
Diaspora