Koronavirusun vaksin problemi – Reklamdır, yoxsa dərd üstünə dərd...

Koronavirusun vaksin problemi – Reklamdır, yoxsa dərd üstünə dərd... backend

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya COVID-19-a qarşı vaksini uğurla sınaqdan keçirdiyini bildirib.

Qeyd edək ki, Rusiya ABŞ, Böyük Britaniya, Çin və Fransanın birləşdiyi proqramda iştirak etmir.

ÜST Rusiyanın COVID-19-a qarşı tibbi dərman və test həmrəyliyi proqramına daxil olacağına ümid etdiyini bildirib.

Bizimyol.info-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib ki, koronavirusa qarşı -üç dərman var ki, onlardan nəticə gözləyirik, o cümlədən rusların üzərində işlədikləri vaksinlə də maraqlanırıq. Artıq bir neçə ölkə vaksin hazırladıqlarını bəyan etsələr də, ümumi fonda söz düşəndə hər kəs dərman , vaksin yoxdur deyir.

Tanınmış doktor Vasif ismayıl Bizimyol.info-ya məsələ ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, koronavirusla bağlı vaksin ən yaxşı halda noyabr- dekabr aylarında kütləvi halda istifadə oluna biləcək.

“İki peyvənd artıq axırıncı yoxlama fazına girdi. Biri “Astra Zeneca” şirkətinin (Britaniya), o birisi isə ABŞ Milli Sağlamlıq İnstitutunun. ABŞ Milli Sağlamlıq İnstitutunun açıqlamasına görə 30 000 insan üzərində sınaq başlayıb. Ən tez noyabr-dekabr aylarına hazır olmalıdır. Ən pisi budur ki, dərmanların effektivliyinə isə zəmanət vermirlər”.

Doktor Azər Mustafayev də bildirdi ki, vaksin hazırdır demək üçün ən azı o vaksinin təhlükəsiz olması təsdiq olunmalıdır. İndiki halda isə bunu söyləmək mümkün deyil. Çünki yeni koronavirus özü tam öyrənilməyib, xroniki şəkildə orqanizmdə qalır. Vaksin zəiflədilmiş xəstəlikdir yəni, orqanizmə koronavirus vaksini tətbiq olunursa, öncə onun tam təhlükəsiz olmasına əmin olmaq lazımdır”.

Qeyd edək ki, hələ may ayında Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVID-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.

REA-nın akademiki Aleksandr Ginzburq bildirib ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir. RF Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko bildirib ki, ilkin testlər qrafik üzrə gedir. Nazir bildirib ki, vaksinin işlənib hazırlanması ilə dərhal bir neçə müəssisə məşğul olur. Dərhal çoxlu vaksin dozası istehsal etmək imkanı olmasa, koronavirusa qarşı peyvəndi risk qrupunda olanlara vurmağa başlayacaqlar.

Xatırladaq ki, uzun müddətdir sosial şəbəkələrdə konsprioloji nəzəriyyə tərəfdarları koronavirus vaksinlərinin əslində insanları çipləmək üçün nəzərdə tutulduğunu iddia edərək ABŞ və Çin istehsalı olan tibbi preparatlara qarşı inamsızlıq yaradıblar. Bu mənada rusların təklikdə fəaliyyət göstərməsi və vaksin yaratmasını marketinq uğuru hesab etmək olar. Rusiya hələ özünü vaksinlə təmin etmədən artıq çoxlu sayda ön sifarişlər almaqdadır.
Diaspora