Koronavirusun ağciyərlərdən sonra ən çox zədələdiyi daxili orqan məlum oldu

Koronavirusun ağciyərlərdən sonra ən çox zədələdiyi daxili orqan məlum oldu backend

Fransalı mütəxəssislərin iddiasına görə, koronavirus xəstələrində ağciyərlərdən sonra ən çox zədələnən daxili orqan böyrəklərdir.

“Zvezda” telekanalı xəbər verir ki, tədqiqatçıların fikrincə, ağciyərlər nəzərə alınmazsa, COVID-19 infeksiyası 80 faiz hallarda böyrəkləri zədələyir.

Xəstələrin sidiyində zülalların, fosfatların və qlükozanın izafi həcmi məhz böyrəklərin zədələnməsinin əlamətidir. Alimlər qeyd edirlər ki, virus ilk növbədə böyrək kanalcıqları sistemini sıradan çıxarır.

Bütün bunların nəticələri çox ciddi ola bilər: belə ki, fosfatların bədəndən xaric olunması sümükləri kövrəkləşdirir, qanın turşuluğu artır.
Diaspora