COVİD-19-a təkrar yoluxmaq olarmı? - Professor

COVİD-19-a təkrar yoluxmaq olarmı? - Professor backend

"Koronavirus xəstəliyini doğrudan da keçirənlər təkrar virusa yoluxa bilməz".

Qazilər.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, virusa yoluxanların bədənində bu xəstəliyə qarşı immunitet yaranır:

"Bu ştam onsuz da bir də təkrar olunmayacaq. Gələn il peyda olunan ştam tamamilə başqası olacaq. Ona görə də bu variant və insanların təkrar xəstələnməsi mümkün deyil".

Adil Qeybulla "koronavirusa yoluxan insanlar ömür boyu ağ ciyərlərindən əziyyət çəkəcəklər" fikirinə də aydınlıq gətirib. Onun fikrincə, sağalan xəstələrdə virus mutasiyaya uğrayır və itir:

"Koronavirusun bədəndə lövbər salması real deyil. Bu o deməkdir ki, daima xəstəlik kəskinləşər və sönər. Belə bir bir şey mümkün deyil. COVİD-19-un bu ilin sonuna kimi mutasiyaya uğrayıb yoxa çıxacağı proqnozlaşdırılır. Ona görə də narahatçılığa əsas yoxdur. Gələn il isə koronavirusun yeni bir stamı peyda olacaq. Bu, nə dərəcədə mövsümi soyuqdəymə törədəcək, yoxsa daha ağır olacaq, indidən demək çətindir".
Diaspora