Ağciyərləri koronavirusdan bu məhsullar qoruya bilər

Ağciyərləri koronavirusdan bu məhsullar qoruya bilər backend

İspaniyalı mütəxəssislər ağciyərləri koronavirusdan qoruyan məhsulların adını açıqlayıb.

Trend-in məlumatına görə, dietoloq Alexandro Kanovas bildirib ki, yumurta, düyü, mavi balıq və qoz nəfəs sistemini möhkəmləndirməyə kömək edir.

Ağciyərlərin vəziyyəti pisləşdikdə orqanizmin zülala tələbatı artır. Yumurtanın tərkibində isə A vitamini, eləcə də keyfiyyətli zülallar var.

Bundan başqa, ağciyərlərə pomidor, üzlü süd və su müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, pomidorun tərkibində olan C vitamini antioksidant kimi nəfəslə bağlı problemlərin qarşısının alınmasında kömək edə bilər.
Diaspora