İnsanlar ətrafındakılara müxtəlf cür izah etməyə çalışırlar ki, ÜST deyir ki, yalnız sağlam adamlar tibbi maska taxsın.
İnsanlar başa düşməlidirlər ki, hansısa bir xəbəri verdikdə, yaydıqda onun arxasındakı məlumatla detallı tanış olmaq lazımdır. ÜST bu məlumatı martda veribdir və əsas məqsəd də o idi ki, tibbi maska qıtlığı olub.Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
O, maskanı kimlərin və hansı hallarda taxmağını detallı şəkildə açıqlayıb:
"Bundan sonra məlumatlar təsdiqlənib ki, asemtomatik presimptomatik xəstələrin sayı çoxdur. İnsan var ki, xəstədir, amma bilmir xəstə olduğunu. Ona görə də bütün əksər ölkələr artıq məcbur edir ki, hamı maska taxmalıdır. Düzdür, maska o demək deyil ki, mən küçədə tək gəzirəm, bulvarda, parkda maska taxmalıyam, xeyr! Söhbət insanların bir-biri ilə təmasda olduqda, söhbət etdikdə, ictimai yerlərə daxil olduqda maska taxmağından gedir".
Şöbə müdiri tibbi maskanın insanların sağlamlığına zərəri ilə bağlı gəzən söz-söhbətə də son qoyub:
"Tez-tez rastlaşırıq o sualla ki, maska insanın sağlamlığına zərər verir. Əsla belə bir şey yoxdur! Birincisi, elementar olaraq 1 il bundan əvvəl, 3 il bundan əvvəl Yaponiya ilə Çinin, Asiya ölkələrinin havası, ekologiyası çirklənmiş şəhərlərin əhalisinin videogörüntülərinə baxsınlar. Pekinin böyük əhalisi, demək olar ki, neçə illərdir maska taxır. Çünki hava o qədər çirklidir ki, maska onların ağciyərlərini çirklənmiş havadan qoruyur və heç vaxt maskaların taxılmasından bir problem olmayıb. Ona görə də bu kimi yalan məlumatlar, feyk xəbərlər yayılır ki, insanlar maska taxmasın, lazımsızdır. Hesab edirəm ki, insanlarımız tənqidi təfəkkürünü ortaya qoymalıdır".