Üzdəki ləkələrdən qurtulmağın yolu - Pomidor maskası

Üzdəki ləkələrdən qurtulmağın yolu - Pomidor maskası backend

Həm yeyin, həm sürtün...

Pomidor və düyü unu ilə canınızı sıxan dəri ləkələrini yox edə bilərsiniz. Çox sadə şəkildə hazırlanan və asanlıqla tapılan vasitələrlə dəriniz yenidən doğulacaq.

Qazilər.az
TurpKimi.com-a isitinadla lazım olan vasitələri təqdim edir:

- 1 ədəd yetişmiş pomidor

- 2 çay qaşığı düyü unu

Hazırlanması:

Pomidoru bir kasaya doğrayıb əzin. Üzərinə düyü unu əlavə edin. Qarışım azacıq qatı olmalıdır. Daha sonra üzünüzə yaxın. Lakin qarışımı göz ətrafınlarına yaxınlaşdırmadan sürtün və 15 dəqiqə gözləyin. Maskanı üzünüzdən ilıq su ilə yuyun.

Bu qarışımı həftədə bir dəfə etməniz kifayətdir.



POMİDORUN DƏRİYƏ FAYDALARI

- Pomidor dərinin tonunu açır və dəridəki ləkələri aparır.

- Narahat edən dəri qüsurlarını aparmağa kömək edir.

- Pomidor likopenin miqdarını artıraraq təbii dəriyə sahib olmanıza kömək edir.

- Likopenin səviyyəsi yüksək olduqda dəri zərərli şüalardan qorunur.

- Pomidor dərinizin oksigen almasına kömək etməklə yaşlanmanı gecikdirir.

- Pomidor maskası ilə dəriniz parlaq görünüşə sahib olur.

- Likopen dəri xərçəngindən qoruyur.
Diaspora