İnsandan koronavirusa yoluxma riskinin daha çox olduğu vəhşi heyvanlar müəyyən edilib.
Trend-in məlumatına görə, mütəxəssislərin fikrincə insandan keçərək daha çox yoluxma riskinə okeanariumda saxlanan balinalar malikdir.Ümumilikdə virusa həssas 40 növ müəyyənləşdirilib. Belə ki, delfinlər, ağ balinalar, orka, narval, eləcə də suitilər risk qrupuna daxildir.
Bundan başqa, insandan insanabənzər meymunlara da koronavirus yoluxma riskinin yüksək olduğu bildirilib.
Bununla əlaqədar olaraq, Afrikada qorillaların mühafizəsi üçün əlavə tədbirlər görülür.