Dünyada mövcud olan koronavirusdan sonra əllər üçün dezinfeksiya edici vasitələrə maraq xüsusilə artıb.
Müxtəlif xəstəliklərdən və viruslardan qorunmağın yolu təmizlikdən keçir. Viruslarla mübarizə aparmaq üçün su və sabundan daha çox istifadə etmək lazımdır. Sabundan sonra əlləri dezinfeksiya etmək üçün isə spirt və antibakteriyal salfetlər ikinci sırada dayanır.Ev şəraitində əlləri dezinfeksiya etmək üçün vasitələrin hazırlanma qaydasını təqdim edirik.
Alo vera tərkibli dezinfeksiya edici məhlulun resepti:
- 10 damcı kəklik otu yağı
- 2 yemək qaşığı alo vera geli
- 10 damcı mixək yağı
- 10 damcı limon yağı
Şüşənin içində lazım olan miqdarda suyu və alo vera gelini qarışdırın. Daha sonra digər yağları əlavə edərək şüşəni çalxalayın. Bütün tərkiblər qarışdıqdan sonra dezinfeksiya edici məhsulu əllərinizə tez-tez püskürdə bilərsiniz.
Alternativ dezinfeksiya edicinin hazırlanma qaydası
- Etil spirti
- Saf su
- 10 damcı limon yağı
Yüzdə 70 faiz etil spirti ilə, yüzdə 30 faiz saf suyu qarışdırın. İçinə limon yağını töküb çalxalayın. Əllərinizi sabunla yuya bilməyəcəyiniz yerlərdə hazırladığınız dezinfeksiya edicidən istifadə edə bilərsiniz.
Ölke.az