Koronavirusa qarşı vaksin haqda: “bu ilin axırına qədər...”

Koronavirusa qarşı vaksin haqda: “bu ilin axırına qədər...” backend

“Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”.

Qazilər.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildiri: “Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək. Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur. Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq”.
Diaspora