Çiyələk haqqında bilmədiyiniz gerçəklər - Yaxşı yumayıb yedikdə...

Çiyələk haqqında bilmədiyiniz gerçəklər - Yaxşı yumayıb yedikdə... backend

Çiyələk meyvlər arasında cəzbedici giləmeyvədir.

- Çiyələk dünyada çəyirdəklərinin içində deyil, çölündə olan yeganə meyvədir.

- Çiyələk dünyada ən məşhur meyvələrin siyahısında birinci yerdədir.

- Parlaq və qırmızı rəngiylə insanı cəlb edir.

- Çiyələk daha çox təbiətdə yabanı halda yığılaraq, həmçinin yetişdirilərək bazara çıxarılır.

- Çiyələyin 600-dən çox növü var.

Yaz aylarının vaz keçilməz meyvəsi çiyələkdə bol miqdarda fosfor və dəmir var. B, C və K vitaminləri ilə zəngin olduğunu deyən mütəxəssislər çiyələyin bədənə güc verdiyini, damarlarda tıxanmanın qarşısını aldığını və xolestrolu aşağı saldığını bildirir. Çox gözəl antioksidant olmasıyla immun sistemini gücləndirir, xərçəngə qarşı qoruyur və həzm sisteminin nizamla işləməsinə kömək edir.

Çiyələk bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zəhərli maddələri uzaqlaşdırır. Diş ətlərini gücləndirir, ağızdakı qoxuları aparır. “Hollywood” ulduzları dişlərini çiyələklə masaj edərək onları ağardırlar. Sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi və temperaturu aşağı salır. Rezvatizma və qaraciyər xəstəliyi olanlara yaxşı təsir edir. Dərini nəmləndirib təzə görünüş qazandırır, dəriyə gözəllik verir. Bədəndə yığılan zəhərli maddələri çölə atır, damar sərtliyi və böyrəklərdəki qum, daş kimi problemlərin qarşısını alır. Sidik qovucu özəlliyi vardır.

Çiyələyin 85 faizi sudur. 100 qramında 37 kalori, 59 mq C vitamini (bu miqdar limondan da çoxdur), 1mq natrium, 174 mq kalium, 21 mq kalsium olduğunu bildirən mütəxəssislər, çiyələyin həzm edilməsi bir az çətin olduğu üçün mədəsi xəstə və tənbəl olan insanların çiyələk suyu içməsi daha münasibdir.

Çiyələkli eliksir

300 qram çiyələk yarpağı və kökü 1 gecə isladılır. Növbəti gün 1 litr suda 20 dəqiqə qaynadılaraq çay kimi içilir. Bu eliksir baş ağrısına, damar sərtliyinə, yüksək təzyiqə, qarında suyun toplanmasına, böyrək və sidik kisəsində yaranan narahatlıqlara, qum və daşı aradan qaldırmağa kömək edir. Bundan başqa, çiyələkdə digər meyvələrdə olmayan salisil turşusu var.

Qeyd edək ki, həddən çox yeyildikdə çiyələk bəzi insanlarda allergiya yaradır. Yaxşı yuyulmadıqda isə böyrəklərdə qumun toplanmasına səbəb olur. Tərkibindəki kalium və fosfor xroniki böyrək çatışmazlığı olan xəstələr üçün sıxıntı yarada bilər. Ona görə də böyrəyində problem olan xəstələr həkimlə məsləhətləşərək çiyələk yesinlər.

TurpKimi.com
Diaspora