Koronavirusun mutasiyaya uğramış daha təhlükəli növü aşkarlandı

Koronavirusun mutasiyaya uğramış daha təhlükəli növü aşkarlandı backend

217 ölkəyə yayılan SARS-CoV-2 koronavirusunu daha da yoluxucu hala gətirən bir mutasiya tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-dakı Los Alamos Milli Laboratoriyasının alimləri məlumat verib.

Mütəxəssislər minlərlə koronavirus genomunu tədqiq etdikdən sonra mutasiyaya uğramış 14 növ müəyyən ediblər. Onlardan biri zülala təsir edir və hidrogen bağı meydana gəlməsi səbəbindən bədənin hüceyrələrinə virus girməsini asanlaşdırır.

Mütəxəssislər qeyd edir ki, Covid-19-un RNK viruslarına xas olan sürətli bir şəkildə mutasiya etmək qabiliyyəti peyvəndin effektivliyini potensial olaraq məhdudlaşdıra bilər.
Diaspora