Yeni növ koronavirus 21 gün ərzində gözlərdə gizli qala bilir.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Yoluxucu Xəstəlikləri İnstitutunun araşdırmasında qeyd olunub.Araşdırma zamanı İtaliyada müalicə olunan 65 yaşlı xəstənin gözlərindən analizlər götürülüb. Bəlli olub ki, xəstəlik yox edilənə qədər virus 3 həftə boyunca gözdə özünü gizlədə bilib.
Bundan başqa, xəstələr virusdan sağalsa belə, COVİD-19 gözlərdə qala və yenidən yayıla bilər.