İsti aylarda virusun azalması sübut olunmayıb.
Qazilər.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.Onun sözlərinə görə, ancaq Günəş altında virus innaktiv olur: “Amma yay aylarının gəlməsi ilə virusun azalacağı ilə bağlı qeyd yoxdur. Hazırda isti ölkələrdə də xəstəlik görünür. Bir qədər azalma ola bilər, yayda insanların davranışları da dəyişir, daha çox çölə çıxırlar. Bununla bərabər hər il payızda infeksiya artır, yenə arta biləcəyi düşüncəsi var. Bu, bizim reallığımızdır, bunu anlamağımız, qəbul etməyimiz lazımdır”.