Baş infeksionistdən karantindən sonra üçün: "Qətiyyən öpüşmək olmaz"

Baş infeksionistdən karantindən sonra üçün: "Qətiyyən öpüşmək olmaz" backend

"Qətiyyən öpüşmək olmaz".

Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionist Cəlal İsayev koronavirusla bağlı karantin rejimi başa çatandan sonra insanların iş fəaliyyəti zamanı bir-biri ilə görüşməsindən danışarkən deyib. Həkim öpüşməklə bir sıra xəstəliklərin yarandığını qeyd edib:

"Öpüşməyi tərgitmək lazımdır. Hamı bir-biri ilə qədim türk ənənələrində olduğu kimi əlini sinəsinə vurmaqla görüşməlidir. Koronavirus olmasa da, opüşmək gigiyena cəhətdən doğru deyil. Öpüşməklə bir sıra xəstəliklər keçir. Hətta bir xəstəlik var - "öpüş xəstəliyi" - viruslar tərəfindən törədilir. Bu xəstəliyə yoluxanlar var. Bu səbəbdən də öpüşməkdən imtima etmək lazımdır".

Cəlal İsayev aparılan tədbirlərin qaneedici olduğunu bildirib:

"Müsbət dinamika var. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bu tendensiya axıra kimi davam etsə, mayın 4-dən sonra qaydalarda yüngülləşdirmə aparıla bilər. Əgər qaydalara əməl olunsa, biz tez bir zamanda istədiyimizə nail olacağıq".
Diaspora