Almaniyada koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqları başlayır.
Trend-in məlumatına görə, sınaqların ilkin mərhələsində 18-55 yaş arası 200 sağlam könüllü iştirak edəcək.Bununla əlaqədar olaraq, yerli "Biontech" şirkətinə lisenziya verilib.
Vaksinin gələn ilin yazınadək hazır olacağı və istifadəyə veriləcəyi gözlənilir.