Koronavirusun iki yeni simptomu ortaya çıxdı

Koronavirusun iki yeni simptomu ortaya çıxdı backend

İngiltərədə koronavirus pandemiyası ilə bağlı aparılan araşdırmada xəstələrin 18 faizində qoxu və dad hiss etməmə problemi olduğu aşkarlanıb.

Moderator.az xəbər verir ki, professor Tim Spektortun sözlərinə görə bu problemlə qarşılaşan insanların koronavirus pandemiyasına yoluxma ehtimalı daha yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə infeksiya əlamətləri arasında qızdırma, öskürək, nəfəs darlığı və nəfəs almaq problemləri var. Lakin Britaniya alimlərinin 400 min nəfər üzərində apardığı son araşdırmaya görə insanların 53 faizində yorğunluq və halsızlıq, 18 faizində isə qoxu və dad hiss etmə itkisi aşkar edilib.

Araşdırmaların isə nəticəsi belədir:

Yorğunluq və halsızlıq-53 faiz.
Öskürək 29 faiz.
Nəfəs darlığı 28 faiz.
Qoxu və dad hiss etməmə problemi 18 faiz.
Temperaturu olanlar 10.5 faiz.
Diaspora