Ev şəraitində bütün orqanizmin təmizlənməsi - Təbii və sadə üsullar

Ev şəraitində bütün orqanizmin təmizlənməsi - Təbii və sadə üsullar backend

Orqanizmin təmizlənməsi bağırsaqlardan başlayır.

Hər bir insan ömründə bir dəfə də olsun özünə belə bir sual verir: “Bütün orqanizmimi ev şəraitində necə təmizləyə bilərəm?”

TurpKimi.com olaraq sizə həyati vacib orqanların ev şəraitində necə təmizləyəcəyinizi izah etməyə çalışacağıq.

BAĞIRSAQLARIN TƏMİZLƏNMƏSİ

2 litr qaynadılıb soyudulmuş suya 1 xörək qaşığı limon suyu və ya alma sirkəsi əlavə edin. Qarışımı qrelkaya tökün və uc hissəsini bitki yağı ilə yağlayıb imalə edin. İmalə edildikdən 5-7 saat sonra orqanizmə təsirini göstərir və bütün bağırsaqlar boşalır. İlk həftə hər gün, ikinci həftə bir gündən bir, 3-cü həftə isə 2 gündən bir, 4-cü həftə 3 gündən bir, 5-ci həftə isə həftədə bir dəfə bu şəkildə imalə edilməsi məsləhət görülür.

Disbakteriozla mübarizə: 2 həftə ərzində səhər yeməyindən təxminən 1 saat əvvəl bir diş və axşamlar da yemək yedikdən 2 saat sonra bir diş sarımsaq yeyin.

Disbakteriozla mübarizə zamanı, orqanizmin təmizlənməsi və xüsusi qidalanma eyni zamanda başladılmalıdır. Mütləq qidalanma rasionuna yüngül və dənli qidalar əlavə edilməlidir. Bədəni təmizləyərkən heç vaxt orqanizmi zəiflədən vasitələrdən istifadə etməyin.

QARA CİYƏRİN TƏMİZLƏNMƏSİ

Bağırsaqları təmizlədikdən dərhal sonra qara ciyərləri təmizləyə bilərsiniz. Bunun üçün həftə ərzində vegeterian yeməkləri yeməyə çalışın və bağırsaqlarınızı da davamlı olaraq təmizləyin. Bir həftədən sonra həftənin birinci günü boş mədəyə balaca əl klizmaları ilə imalə edin. Həmin günü mütləq təbii alma şirəsi içməlisiniz. 2-ci və 3-cü gün də eyni qaydada davam edin. 3-cü gün axşam saat 7-də alma şirəsi içməyi dayandırın. Yatağa uzanın və qara ciyərin üzərinə ilıq qrelka qoyun və hər 15 dəqiqədən bir 3 xörək qaşığı bitki yağı və ya rafinə edilmiş zeytun yağı için. Ardınca mütləq 3 xörək qaşığı limon suyu da için. Bu prosedur üçün cəmi 200 ml limon suyu və yağ lazım olacaq. Qrelkanı daha 2-3 saat da qara ciyərinizin üzərində saxlaya bilərsiniz. Daha sonra yatın. Bağırsaqlar reaksiya verdikdə bilirubin kimi yaşıl rəngli daşlar düşməyə başlayacaq. Bu, adətən 3-4 dəfədən sonra baş verir. Yenə də həmin təmizləməni aparın, amma bu dəfə səhər bir az yeyə bilərsiniz. Qara ciyərlərin təmizlənməsini 3 həftədən bir təkrarlamaq lazımdır.

OYNAQLARIN TƏMİZLƏNMƏSİ

Oynaqları təmizləməyin mükəmməl üsulu dəfnə yarpağı ilədi. 5 qram dəfnə yarpağını 300 ml suda 5 dəqiqə qaynadın. Bundan sonra həmin suyu 3-4 saat termosda saxlayın. 12 saatdan sonra qarışımı 3 gün ərzində kiçik qurtumlarla için. Hamısını birdən içməyə çalışmayın, çünki ağır qanaxmaya səbəb ola bilər. Proseduru 1 həftədən sonra təkrarlamaq tövsiyyə olunur. Təbii müalicə zamanı ət yeməkləri əvəzinə tərəvəzlə qidalanmaq lazımdır.

Oynaqların təmizlənməsi 4 ayda bir dəfə həyata keçirilir. Bundan sonra ildə bir dəfə təmizləmək kifayət edəcək. Lakin mütləq bağırsaqların təmizlənməsindən sonra edilməlidir.

BÖYRƏKLƏRİN TƏMİZLƏNMƏSİ

Yayda bir həftə ancaq qara çörəklə qarpız yeyin. Bir müddətdən sonra sidiklə birlikdə daş və qumlar töküləcək.

SİDİK YOLLARININ TƏMİZLƏNMƏSİ

Ev şəraitində belə təmizlənmənin həyata keçirilməsi üçün səhərlər düyü yeyilməlidir. Bunun üçün 5 ədəd yarım litrlik banka hazırlayın. 1-ci bankaya 2 xörək qaşığı düyü tökün və üzərinə adi soyuq su əlavə edin, 1 gün saxlayın. 2-ci gün həmin düyünü yuyub üzərinə yenidən soyuq su tökün və 5 gün gözləyin. Bunu etdikdən sonra növbəti bankaları sıra ilə eyni şəkildə donldurmağa çalışın ki, prosedur ara vermədən davam etsin. Yəni 5 gündən sonra sizin 5 bankanız dolu olmalıdır. 1-ci bankadakı düyü hazır olan kimi onu bişirib yağsız və duzsuz şəkildə yemək lazımdır. Unutmayın ki, 1 aylıq prosedurun davamı üçün boşalmış bankanı yenidən eyni qaydada düyü ilə doldurmalısınız.

Firuzə Alimova
Diaspora