Koronavirusdan daha təhlükəli infeksiyanın yaranma riski barədə XƏBƏRDARLIQ

Koronavirusdan daha təhlükəli infeksiyanın yaranma riski barədə XƏBƏRDARLIQ backend

“Gələcəkdə COVID-19-un koronavirus infeksiyasından daha təhlükəli infeksiya yarana bilər”.

“Report” xəbər verir ki, bunu rusiyalı tibb elmləri doktoru, professor İqor Qundarov “Veçernyaya Moskva”ya müsahibəsində deyib.

“Koronavirus qripdən daha güclü oldu. Son 15 ildə peyvəndlər sayəsində qripin A və B tipləri, demək olar, yox olub. İnsanlıq tibbi nailiyyətlər sayəsində qripi praktiki olaraq məhv etsə də, onun yerində başqa birini, daha təhlükəlisini “yetişdirib”, - epidemioloq bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-nin son rəsmi məlumatına görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 750 890 nəfərdir, 36 405 nəfər isə virusdan ölüb.
Diaspora