Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımadığını açıqlayıb.
Bu barədə Estoniya XİN-in “Twitter” hesabında yazılıb.“Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməkdə davam edirik”, - Estoniya XİN-dən bildirilib.