Sankt- Peterburq Dövlət Universitetinin Mikrobiologiya bölümünün professoru Aleksey Potex koronavirusun yay aylarında da davam edə biləcəyini söyləyib.
Moderator.az xarici mənbələrə istinadla xəbər verir ki, rusiyalı alim xəsətəliyin mövsümi xarakter daşımadığını iddia edib.Potex fikrini hazırda isti iqlim mövsümündə olan Meksika, Hindistan və Pakistan kimi ölklərdə də COVİD-19 virusunun yayılması ilə əsaslandırıb. Ancaq onu da vurğulayıb ki, istilik quru hava ilə müşayiət olunduğunda virusun yayılmasını əngəlləyə bilər.
Alimin fikirləri bir sıra elmi mərkəzlər tərəfindən də dəstəklənir. Mütəxəssislərin qənaətinə görə, virusun qarşısını alan peyvənd tapılana qədər yeganə çıxış yolu insanların xəsətəliyə qarşı immunitetinin güclənməsidir.
Potexə görə, bəşəriyyət COVID-19-a qarşı bütövlükdə immunitet qazandıqdan sonra bu xəstəlik mövsümi xarakterli nəfəs yolları infeksiyası halına gələcək.
Xatırladaq ki, dünən axşam yayılan xəbərlərə görə, Rusiyada koronavirusdan ölənlərin sayı 17 nəfərə çatıb. Yoluxanların sayı isə 1836 nəfərdir.