İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər - ARAŞDIRMA

İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər - ARAŞDIRMA backend

Britaniyalı alimlər itlərin iybilmə köməyi ilə koronavirusu aşkarlaya bilib-bilməyəcəyini sınayırlar.

“Report” xəbər verir ki, bunu “Medical Detection Dogs” xeyriyyə təşkilatı açıqlayıb.

Məlumata görə, mütəxəssislər ev heyvanını 6 ay sürəcək təlimlərə hazırlamağa başlayıblar. Bundan öncə həmin təşkilatın əməkdaşları köpəkləri xərçəng, parkinson xəstəliyi, malyariya və bəzi bakterial infeksiyaları iybilmə ilə müəyyən etməyə öyrədə bilmişdi.

“Prinsip etibarı ilə itlərin COVID-19-u aşkarlaya biləcəyinə əminik. Məqsədimiz köpəklərin açıq-aşkar simptomları olmayan xəstələrdə belə koronavirusu aşkarlaya bilməsidir”, - təşkilatın təsisçi və baş direktoru Kler Gest bildirib.

K.Gestin sözlərinə görə, bu üsul nəinki virusun daha tez müəyyən edilməsinə yol açacaq, həm də testlərə xərclənən vəsaitlərin də azalmasına səbəb olacaq.

Bundan başqa, London Məktəbinin professoru Ceyms Loqan bildirib ki, respirator xəstəliklərinin daşıyıcılarında müəyyən bədən qoxusu olduğuna görə köpəklərin onlarda virusu aşkarlama ehtimalı yüksəkdir.
Diaspora