Bir qrup amerikalı alim tərəfindən yeni növ SARS-CoV-2 koronavirusunun 8 fərqli ştammı təhlil edilib.
Trend-in məlumatına görə, koronavirusun çox kiçik sürətlə mutasiya etdiyi aydınlaşıb.Qeyd olunur ki, SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə 10 dəfə daha ləng mutasiyaya uğrayır.
Alimlərin sözlərinə görə, bu fakt “Covid-19” infeksiyasına qarşı hazırlanan vaksinin onilliklər boyunca koronavirusdan qoruyacağına ümid yaradır.
Qeyd edək ki, bu günədək dünyada 680 minə yaxın şəxs koronavirusa yoluxub, 31 mindən çox şəxs virusun qurbanı olub.