Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb.
“HaberGlobal”ın məlumatına görə, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib.Üniversitetin “Twitter” hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində inqilabi bir iş həyata keçirildiyi qeyd olunub.
Oxu.az