İngilis alimlər ağlı artıran ən faydalı qidaları açıqladı – İSRAİL MEDİASI...

İngilis alimlər ağlı artıran ən faydalı qidaları açıqladı – İSRAİL MEDİASI... backend

İngilis tədqiqatçılar beyin fəaliyyətinə və uzun müddətli yaddaşa müsbət təsir göstərən məhsulların reytinqini tərtib ediblər.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi məlumatda deyilir ki, araşdırma zamanı Britaniya alimləri müəyyən qidaların beyin fəaliyyətini aktivləşdirdiyini və onların imtahanlardan və ya ağır zehni işdən öncə mütləq istehlak edilməli olduqlarını müəyyənləşdirib.

Ağıl üçün sağlam qidaların sıralanmasında birinci yerdə yulaf sıyığı gəlir. Bu qida diqqəti cəmləşdirməyə kömək edən B vitamini ilə zəngindir. Yulaf sıyığı həm də beyin işini yaxşılaşdırır.

Avokado reytinqdə ikinci yerdədir. Bu ekzotik meyvə beyni aktivləşdirən yağ turşularının çoxluğuna görə çempiondur. Bundan əlavə, avokadonun müntəzəm istifadəsi bədənin müdafiəsini gücləndirməyə və ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir.

Üçüncü yerdə beyin hüceyrələrini qoruyan badımcandır. Bu tərəvəzi daim istehlak etsəniz, vacib yeni məlumatları yadda saxlamağı asanlaşdıra bilərsiniz

Reytinqi limon tamamlayır. Tədqiqatlar sübut edib ki, limonun müntəzəm istifadəsi yaddaşı yaxşılaşdırır.
Diaspora