ÜST koronavirusun istilərin gəlməsi ilə yayda səngiyəcəyi və yoxa çıxacağı barədə gəzən məlumatları və insanların ümidlərini boşa çıxardıb.
Medicina.az xəbər verir ki, bunu ÜST fövqəladə hallar üzrə proqramın icraçı direktoru Maykl Rayan bildirib.“Bizə hələ ki, dəqiq məlim deyil virus yayda özünü necə aparacaq. İstinin virusun dinamikasına təsir edəcəyi barədə təsdiqedici fakt yoxdur. Ona görə etiraf etməliyik ki, virus yayda da yoluxdurmaq qabiliyyətini itirməyəcək”.
Biz hadisələrin gedişatını hər ölkədə yay aylarında ayrıca dəyərləndirəcəyik, indidən bir söz demək çətindir.
Qeyd edək ki, ötən sutka ərzində dünyada koronavirusdan ölənlərin sayı 100 nəfəri keçib.