Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT

Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT backend

“Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır”.

Bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn “REAL TV”yə açıqlamasında deyib.

Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar:

“Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq
Diaspora