Yeməyin ikinci dəfə qızdırılması qidanın keyfiyyətini pisləşdirə və bakteriyaların artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli qastroenteroloq Merve İşeri Uzunoğlu məlumat verib. O, bildirib ki, bütün qidalar zəhərlənmə potensialına sahibdir, eyni zamanda toyuq, mal əti və yumurta zəhərlənməyə səbəb olan yüksək riskli qidalardır:“Bakteriyaların yaşaması üçün nəmə ehtiyacı var və istifadə edilən qidaların hamısında lazım olduğu qədər nəm var. Bu da bakteriyaların çoxalması üçün münbit şərait yaradır. Soyuducuda saxlanılan yemək yeyildiyi qədər qızdırılmalıdır. Bişirildikdən sonra uzun müddət saxlanması lazım olan yeməklər dondurucuda saxlanıla bilər. Ancaq əridildikdən dərhal sonra qızdırılıb yeyilməlidir.
Bakteriyaların istehsalı yemək otaq temperaturunda saxlandığı hissədə başlayır, əriyənə qədər hava ilə təmasda olur. Bu səbəblə əriməsi üçün soyuducu istifadə edilməli və ya mikrodalğanın əritmə xüsusiyyətindən istifadə edilməlidir”.
Ekspert daha sonra qida zəhərlənməsinin ən geniş yayılmış səbəblərinə toxunub:
“Hazırlıq və ya bişirilmə prosesində başqa bir qaynaqdan gələn zərərli bakteriyalar yoluxa bilər. Bu bakteriyalar quruluşundan asılı olaraq bişiriləndə ölürlər. Yoluxmanın qarşısını almaq üçün bişmiş yeməkləri soyuducuda bağlı halda, xüsusilə qiymə, çiy ət və toyuq kimi məhsullardan ayrı saxlamaq lazımdır.
Elə yeməklər var ki, bişirilən kimi yeyilməlidir, saxlamaq olmaz. Çünki ikinci dəfə qızdırıldıqda zəhərlənmə ehtimalı çox yüksək olur. İkinci dəfə qızdırıldıqda və yedikdə zəhərlənmə ehtimalı olan qidalar: ispanaq, göbələk, yumurta, toyuq, kərəviz, çuğundur, kartof, düyüdür”.