Bir çox xəstəliklərin, o cümlədən, insultun təhlükəsi ehtimalını həkimsiz də müəyyən etmək mümkündür.
Bunu ən sadə yolla ev şəraitində yoxlamaq mümkündür.Qaziler.az Rusiya mətbuatına istinadən insultun başvermə ehtimalını yoxlamaq üçün çox sadə testi təqdim edir.
Nə etməli?
Hər şey çox sadədir. Ayaqüstə dayanın, bir ayağınızı qaldırın, çalışın ki, bacardığınız qədər bir ayaq üstə dayanasınız. Tapşırığı bir qədər də mürəkkəbləşdirmək olar: gözlərinizi də yumun. Bu test insult riskini müəyyən etmək üçündür. Testi amerikalı nevroloqlar düşünüblər.
Hansı nəticə yaxşı hesab edilir?
Əgər heç bir nevroloji probleminiz yoxdursa siz 30-40 saniyə bir ayaq üstə əziyyət çəkmədən dayana biləcəksiniz. Bu, yaxşı nəticə hesab edilir.
Pis nəticə
Əlbəttə, istənilən idman hərəkəti edərkən yaşı da nəzərə almaq lazımdır. Bu testdə də yaşlılıq pis nəticə göstərə bilər. Əgər yıxılmadan bir ayaq üstə 20 saniyədən artıq dayanmaq mümkün olmasa demək, beyindəki qan dövranında pozulma riski yüksəkdir.
Əgər 20 saniyə ərzində bu pozada dayanmaq alınmırsa həkimə gedin və müayinə olunun. Bunu nahaq yerə etmədiyinizdən əmin olun.